Azərbaycan respublikasının nazirlər kabinetinin Qərarı

№ 135                     

Bakı şəhəri, 10 aprel 2017-ci il

“Orta  ixtisas təhsili  üzrə  ixtisasların Təsnifatı”nın  təsdiq edilməsi,  Azərbaycan  
Respublikası  Nazirlər  Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən  düşmüş hesab edilməsi  haqqında” Azərbaycan Respublikası   Nazirlər  Kabinetinin  2010-cu  il  19  yanvar tarixli   11  nömrəli  qərarında  dəyişikliklər edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il  5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifini  nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 57) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “1. Təhsil ixtisasları qrupu” bölməsinə “040111 Rəqs müəllimliyi” sətri əlavə edilsin.

2. “4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsinə “040413 Turizmin iqtisadiyyatı” sətri əlavə edilsin.

3. “7. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə “040724 Rekreasiya, idman və sağlamlıq turizmi” sətri əlavə edilsin.

 

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
                                        Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında