Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi və modernləşdirilməsi üçün

T E N D E R    E L A N I

 

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:

1-ci lot üzrə tenderin predmeti əsas şərtlər toplusunun 1 nömrəli əlavəsində göstərilən tələblərə uyğun Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin (baş mühasibat sistemi – Temenos T24, baş mühasibat sistemi – ST hesabatlıq və büdcə modulu, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sistemi) proqram platformalarının dəstəklənməsi üzrə xidmətin satınalınması.

2-ci lot üzrə tenderin predmeti əsas şərtlər toplusunun 2 nömrəli əlavəsində göstərilən tələblərə uyğun  Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin lisenziyalarının (informasiya təhlükəsizliyi, texniki və inzibati dəstəkləmə sistemləri) dəstəklənməsi üzrə xidmətin satınalınması.

3-cü lot üzrə tenderin predmeti əsas şərtlər toplusunun 3 nömrəli əlavəsində göstərilən tələblərə uyğun informasiya təhlükəsizliyi üzrə proqram təminatlarının alınması və quraşdırılması xidmətinin satınalınması.

4-cü lot üzrə tenderin predmeti əsas şərtlər toplusunun 4 nömrəli  əlavəsində göstərilən tələblərə uyğun Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin (baş mühasibat sistemi – Temenos T24, baş mühasibat sistemi – ST hesabatlıq və büdcə modulu, elektron statistik məlumat bazası və analitik hesabatlıq sistemi, Mərkəzi Bankın vahid qlobal şəbəkəsi) texniki platformalarının dəstəklənməsi üzrə xidmətin satınalınması.

5-ci lot üzrə tenderin predmeti əsas şərtlər toplusunun 5 nömrəli əlavəsində göstərilən tələblərə uyğun olaraq insan resurslarının idarə edilməsi sisteminin modernləşdirilməsi və dəstəklənməsi üzrə xidmətin satınalınması.

6-cı lot üzrə tenderin predmeti əsas şərtlər toplusunun 6 nömrəli əlavəsində göstərilən tələblərə uyğun olaraq Mərkəzi Bankın rəsmi internet səhifəsinin yenilənməsi və dəstəklənməsi üzrə xidmətin satınalınması.

Tender proseduru 18 avqust 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə satınalma prosedurlarında iştirak etmək üçün müvafıq dövlət orqanlarından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

dəstəklənmə və təkmilləşdirmə xidmətinin göstərilməsi üçün müvafiq sistem və avadanlıqların hər biri üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti;

1 – 4-cü lotlar üzrə təklif edilən texniki avadanlıqların və proqram məhsullarının istehsalçısı olan şirkətlərin iddiaçını müvafiq informasiya sistemlərini dəstəkləməyə və malların satılmasına müvəkkil etdiyini təsdiqləyən avtorizasiya forması (Manufacturer Authorization Form) və ya sənəd;

 Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 3 oktyabr 2017-ci il tarixədək qüvvədə olmalıdır);

tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada).

3. Hər bir iddiaçının iştirak etdiyi lot üzrə oxşar xidmətlərin göstərilməsində ən azı 2 (iki) illik təcrübəsi olmalıdır.

4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 17 avqust 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərflərdə, digər tələb olunan sənədləri isə ən geci 8 avqust 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərflərdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

5. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına iştirak etdiyi hər bir lot üçün 100 (bir yüz) manat məbləğdə vəsait köçürməlidirlər: Azərbaycan Respublikası Mərkəzi Bankı, H/h: AZ25NABZ01701190000000001944, m/h: AZ74NABZ01451700000000001944, kod: 501004, VÖEN: 9900071001.

6. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.

7. Dəstəklənmə və təkmilləşdirmə xidmətlərinin göstərilməsi müddəti:

1-ci lot: baş mühasibat sistemi – Temenos T24 proqram kompleksinin proqram platformasının dəstəklənməsi 28 oktyabr 2017-ci il tarixdən, baş mühasibat sistemi – ST Hesabatlıq və Büdcə modulunun proqram platformasının dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixdən, elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixdən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir.

2-ci lot: informasiya sistemlərinin 1 (bir) illik dəstəklənmə lisenziyaları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 30 (otuz) təqvim günü ərzində təhvil verilməlidir.

3-cü lot: informasiya təhlükəsizliyi üzrə proqram təminatları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 90 (doxsan) təqvim günü ərzində Mərkəzi Bankda quraşdırılaraq təhvil verilməlidir.

4-cü lot: baş mühasibat sistemi – Temenos T24 proqram kompklesinin texniki platformasının 1 (bir) il ərzində dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixdən, baş mühasibat sistemi – ST Hesabatlıq və Büdcə modulunun texniki platformasının 1 (bir) il ərzində dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixdən, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin texniki platformasının 1 (bir) il ərzində dəstəklənməsi 27 oktyabr 2017-ci il tarixdən, Mərkəzi Bankın vahid qlobal şəbəkəsinin 3 (üç) il ərzində dəstəklənməsi xidməti 8 sentyabr 2017-ci il tarixdən etibarən həyata keçirilməlidir.

5-ci lot: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 18 (on səkkiz) ay ərzində insan resurslarının idarəedilməsi sisteminin modernləşdirilməsi üzrə xidmətlər yerinə yetirilərək təhvil verilməlidir. İnsan resurslarının idarəedilməsi sisteminin 1 (bir) illik dəstəklənmə lisenziyası tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 30 (otuz) təqvim günü ərzində təhvil verilməlidir.

6-cı lot: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 90 (doxsan) təqvim günü ərzində Mərkəzi Bankın rəsmi internet səhifəsinin yenilənməsi üçün xidmətlər yerinə yetirilərək təhvil verməlidir. İnternet səhifənin modernləşdirilməsi  üzrə xidmətlər Mərkəzi Banka təhvil verildikdən sonra tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 3 (üç) il müddətində Mərkəzi Bankın rəsmi internet səhifəsinin dəstəklənməsi həyata keçirilməlidir.

8. İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: 1-4-cü lotlar üzrə maliyyə və texniki amillər (iddiaçının təcrübəsi), 5-6-cı lotlar üzrə maliyyə və texniki amillər (iddiaçının təcrübəsi, informasiya sisteminin spesifikasiyası).

9. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Elman Muradov (informasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-83-41, elektron poçt ünvanı: [email protected]

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında