→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Sentyabr ayında hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamendindən aldığımız məlumata görə, payız fəslinin ilk ayı olan sentyabrda havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.
Respublika ərazisində ay ərzində yağıntıların qeyri-bərabər paylanması gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Sinoptiklərin verdikləri proqnoza əsasən sentyabr ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Gecələr 15-20 dərəcə isti təşkil edəcək, ayın birinci yarısında 23 dərəcəyə yaxın olacaq. Gündüzlər 27-32 dərəcə isti olacağı, ayrı-ayrı günlərdə isə 35-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, (norma 7-23) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

3 Sentyabr 2011, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS