→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Professor LÜTFİ ZADƏ: İlham Əliyev işıqlı liderdir

İlham Əliyev işıqlı liderdir. Bu fikri ABŞ-da yaşayan həmvətənimiz, dünya şöhrətli riyaziyyatçı alim, Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadə "Azadlıq" radiosuna müsahibəsində demişdir.
Azərbaycan barədə optimist fikirdə olduğunu bildirən professor Lütfi Zadə demişdir ki, optimist olmağımın səbəblərindən biri budur ki, sizin ölkənin güclü lideri var. Azərbaycan nə Gürcüstan, nə də Ukrayna deyil ki, ölkədaxili qarşıdurmalar olsun. Sizin ölkənizin nefti var, adambaşına düşən gəlirlər çoxdur. Bundan başqa, mən Azərbaycanda olanda mədəniyyətə yüksək qiymət verildiyini gördüm. Bu, çox mühüm göstəricidir. Azərbaycan primitiv ölkə deyildir.
Məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Azərbaycanda vəziyyətin digər qonşu ölkələrlə müqayisədə qat-qat yaxşı olduğunu demişdir.

20 İyul 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS