→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Nar Mobile bayrağı ən yüksək zirvələrdə

Nar Mobile Azərbaycanın ən hündür zirvəsi Bazardüzünü fəth edib!
Avqustun 24-28 tarixlərində Nar Mobile və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzünə yürüş təşkil edilmişdir. Yürüşdə təcrübəli alpinist heyətilə yanaşı, ümumilikdə 8 nəfər olmaqla, Nar Mobile Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və jurnalistlər iştirak edib.
Yürüş zamanı iştirakçılar Azərbaycanın füsunkar təbiət ilə tanış olmaqla yanaşı ən yüksək zirvə Bazardüzündə olaraq, öz yaxınları ilə tez-tez telefonla ünsiyyətdə olaraq, sevinc hisslərini bölüşürdülər. Qeyd etmək olar ki, Nar Mobile gündən-günə genişlənən şəbəkəsi ilə artıq bütün Azərbaycan ərazisini əhatə edir. Bununla da ölkəmizin hətta ən ucqar guşələrində belə Nar Mobile istifadəçiləri yüksək keyfiyyətli müxtəlif rabitə xidmətlərilə təmin edilir.
Qeyd edək ki, Böyük Qafqazın ən yüksək dağ silsilələrindən olan Bazardüzünün hündürlüyü 4466 metrdir.
Bazardüzünə yürüş İctimai Televiziyanın səyyar kameraları ilə yüksək səviyyədə işıqlandırılırdı. Yürüş avqustun 27-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) fəaliyyətə başlamasının beş illik yubiliyinə həsr edilmişdir.
Bazardüzü zirvəsinə olan yürüş iştirakçıları qeydiyyat dəftərində iştirakçıların adlarını qeyd edərək sonda Nar Mobile və İTV bayrağını dalğalandırdılar. Bununla da, Bazardüzünə yürüş uğurla başa çatdı.

 

7 Sentyabr 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS