→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

"KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı" müsabiqənin yekunları açıqlanmışdır

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun avqustun 2-də elan etdiyi "KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı" müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.
Fondun icraçı direktoru Vüqar Səfərli demişdir ki, ümumilikdə Fonda 15 istiqamət üzrə 41 layihə daxil olmuşdur. Bu layihələrin 20-i qəzet redaksiyaları, 12-i jurnalist təşkilatları, 9-u isə informasiya agentlikləri tərəfindən təqdim edilmişdir. Ekspertlərin rəyləri nəzərə alınaraq, 30 layihə qalib hesab olunmuşdur. Qaliblərin 19-u qəzet redaksiyası, 6-sı informasiya agentliyi, 5-i isə jurnalist təşkilatıdır.
V.Səfərli bildirmişdir ki, qəzet redaksiyalarının və informasiya agentliklərinin, jurnalist təşkilatlarının çoxsaylı müraciətləri nəzərə alınaraq müsabiqənin şərtləri sadələşdirilmişdir. Bundan sonra qəzetlər öz layihələrini qəzet səhifələrində, informasiya agentlikləri isə öz internet saytlarında və bülletenlərində çap etdirməli olacaqlar.
Fond noyabr ayında yeni müsabiqə elan edəcəkdir. Yenə də 15 istiqamət üzrə nəzərdə tutulacaq müsabiqəyə dekabrda yekun vurulacaqdır.
V.Səfərli qalibləri təbrik etmiş, iştirakçıların suallarını cavablandırmışdır.

 

 

 

7 Sentyabr 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS