→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlığa dair memorandumun imzalanması ilə bağlı razılıq əldə olunmuşdur

Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaqdır.
Sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə ABŞ Konqresi kitabxanasının direktoru Ceyms Billinqtonun başçılıq etdiyi nümayəndə heyətinin görüşü zamanı bununla bağlı razılıq əldə olunmuşdur.
Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda əlyazmaların rəqəmsal formata çevrilməsi üçün birgə işlər aparılacaqdır. Bu əlyazmalar dünya rəqəmsal kitabxanasının saytında yerləşdiriləcəkdir. Bundan sonra dünya ictimaiyyəti bu əlyazmalardan istifadə edə biləcəkdir.
AzərTAc

 

8 Sentyabr 2010, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS