→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

BBC telekanalı Bakıda Dövlət Bayrağı Meydanının açılışı haqqında süjet yayımlamışdır

Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı dünyanın bir çox aparıcı və nüfuzlu telekanallarının diqqət mərkəzindədir.
Dövlət Bayrağı Meydanının yaradılması və dünyada ən hündür bayraq dirəyinin məhz Azərbaycanda quraşdırılması bu telekanallarda xüsusilə vurğulanır.
Müstəqillik ən böyük sərvətimiz, ən böyük xoşbəxtliyimizdir. Dövlət müstəqilliyinin rəmzlərindən biri isə bayraqdır. Bizim bayrağımız qürur mənbəyimizdir.
Bu fikirlər Bakıda Dövlət Bayraq Meydanının açılışı münasibətilə Böyük Britaniyanın BBC telekanalının hazırladığı süjetdə öz əksini tapmışdır. Süjetdə dünyanın ən hündür bayraq dirəyinin məhz Azərbaycanda ucaldılması xüsusi vurğulanmışdır. Məlumatda bu günədək dünyanın heç bir ölkəsində 162 metr hündürlükdə bayraq dirəyinin olmadığı bildirilir.
BBC kanalının verdiyi məlumata görə, Bakıda tikilən bayraq dirəyi Misirdəki Xeops piramidası və Londondakı "Londonun gözü" adlı mənzərə çarxından hündürdür. Süjetdə bayrağın hündürlüyü, eni və uzunluğu barədə ətraflı məlumat verilmişdir. Ginnesin rekordlar kitabına düşən Dövlət Bayrağı Meydanının 2,5 min kvadratmetr ərazini əhatə etdiyi və bayrağın dirəyə fəxri qarovul dəstəsi tərəfindən xüsusi olaraq gətirilməsi də yer almışdır.

 

4 Sentyabr 2010, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS