→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Bakıda Dövlət Bayrağı Meydanının açılması dünyanın nüfuzlu informasiya vasitələrinin diqqət mərkəzindədir

Bakıda dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Dövlət Bayrağı Meydanının açılması dünyanın nüfuzlu informasiya agentlikləri və televiziya kanalları tərəfindən geniş işıqlandırılır. Sentyabrın 2-də Evronyus telekanalının xəbərlər blokunda bu möhtəşəm tədbirlə bağlı reportaj yayımlanmışdır.
Reportajda qeyd olunur ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində qoşunların təmas xəttində atışma baş verəndən bir gün sonra Bakıda dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Dövlət Bayrağı Meydanı açılmışdır. Evronyusun reportajında Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı sözləri yer almışdır: "Bizim bayraq Dağlıq Qarabağda ucalacaq və biz bu günü yaxınlaşdırmaq üçün daha çox çalışmalıyıq". Reportajda Dağlıq Qarabağ münaqişəsindən söhbət açılmış, ATƏT-in Minsk qrupunun 1992-ci ildən problemin həlli ilə məşğul olduğu qeyd edilmişdir.
AzərTAc

 

3 Sentyabr 2010, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS