→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında sənədli film çəkilir

Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat və döyüş yolundan bəhs edən sənədli filmin çəkilişlərinə başlanılmışdır.
Ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi isə Milli Məclisin deputatı Qənirə Paşayeva olan sənədli filmdə Mübariz İbrahimovun valideynləri, komandirləri, döyüş yoldaşları, Milli Qəhrəmanı yaxından tanıyan şəxslərin fikirləri öz əksini tapacaqdır.
Artıq Qənirə Paşayeva və filmin çəkiliş qrupu Milli Qəhrəmanın doğulduğu Biləsuvar rayonunda olmuş, Mübariz İbrahimovun ailə üzvləri, yaxınları ilə görüşmüş və çəkilişlər aparmışlar.
Sentyabrın əvvəlində sənədli filmin təqdimat mərasimi keçiriləcəkdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

29 İyul 2010, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS