→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Azərbaycanda bayram namazı sentyabrın 9-da saat 10.00-da qılınacaqdır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının bayram namazının vaxtını açıqlamışdır.
İdarədən AzərTAc-a bildirmişlər ki, Azərbaycanda bayram namazı sentyabrın 9-da səhər saat 10.00-da qılınacaqdır.
Ramazanın başa çatması münasibətilə bayram namazı Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qılınacaqdır.
Mərasimdə müsəlmanlar üçün dualar ediləcək, uca Tanrıdan onların niyyətlərinin, oruc və namazlarının qəbul olunması istəniləcəkdir.

 

4 Sentyabr 2010, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS