Zati-aliləri!
Azərbaycanın Respublika Günü münasibətilə Hindistan xalqı adından təbriklərimi çatdırmaq istərdim.
Hindistan və Azərbaycan xalqları arasında əlaqələrin tarix, ənənə və mədəniyyətlərimizdə dərin kökləri vardır. Sizin müdrik rəhbərliyiniz altında Azərbaycanın sürətli inkişafı böyük təəssürat bağışlayır. Əminəm ki, son illərdə ikitərəfli münasibətlərimizdə əldə edilmiş müsbət irəliləyişi gələn illərdə də davam etdirəcəyik.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram.
II ALBERT Belçikanın Kralı
Cənab Prezident!
Ölkənizin milli bayramı münasibətilə zati-alinizi öz adımdan və yunan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələri gələcək illər ərzində hər iki xalqın qarşılıqlı mənafeyinə uyğun olaraq inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu!
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunam.
Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin daha
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı münasibətilə şəxsən öz adımdan, Tunis hökuməti və xalqı adından zati-alilərinizə ən səmimi təbriklərimi, möhkəm cansağlığı və səadət diləyimi, dost Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq arzularımı çatdırmaq mənə xoşdur.
Fürsətdən istifadə edib bir arzumu da bildirmək mənə xoşdur ki, qardaş ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri daha da uğurlu olsun və qardaş xalqlarımızın
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə, eləcə də Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan və Malta xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Fürsətdən istifadə edərək zati -alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, xalqınıza isə davamlı tərəqqi arzu edirəm. Eyni zamanda, inanıram ki
Zati-aliləri!
Dost ölkənizin milli bayramı münasibətilə şəxsən öz adımdan və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin xalqı adından Sizə ən səmimi təbriklərimi və arzularımı yetirmək mənim üçün xoşdur. Sizə cansağlığı və səadət, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin milli bayramı münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi keçirirəm. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm.
Zati-alinizə hörmət və ehtiramla,
Zati-aliləri, cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq üçün zati-alilərinizə müraciət etməyi özüm üçün şərəf sayıram.
Zati-alilərinizə bildirmək istəyirəm ki, biz ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı münasibətilə zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq. Fürsətdən istifadə edərək Sizə xoşbəxtlik və cansağlığı, qardaş Azərbaycan xalqına davamlı inkişaf və rifah arzu edirik.
Qabus bin SƏİD Omanın Sultanı