→ QANUNLAR  /  Bütün xəbərlər  /

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 142; 2002-ci il, № 6, maddə 328; 2004-cü il, № 7, maddə 505; 2006-cı il, № 12, maddə 1033; 2007-ci il, № 1, maddə 4) 3-cü maddəsinin birinci hissəsində "və verilmə

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 972; Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 969-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə aşağıdakı əlavələr edilsin:
1. aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:
"29-1. Miqrasiya orqanlarının işçiləri xidməti vəzifələrini yerinə yetirərkən, qanunla müəyyən edilmiş qaydada və hallarda fiziki qüvvə və xüsusi vasitə tətbiq etmək hüququna malikdirlər. Miqrasiya orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısı və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 19; 2001-ci il, № 12, maddə 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005-ci il, № 8, maddə 686; 2006-cı il, № 12, maddə 1005; 2007-ci il, № 4, maddə 322; 2009-cu il, № 7, maddə 517, № 11, maddə 878) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 4-cü maddənin II hissəsində "şikayəti" sözündən

Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Enerji Limited və ARDNŞ-in Ortaq Neft Şirk

Azərbaycan Respublikası Prezidentinin "Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2009-cu il 25 noyabr tarixli 607 nömrəli sərəncamına uyğun olaraq, 2009-cu il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə Bahar Enerji Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi:

"Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında" Sazişin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında" 2010-cu il martın 30-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2010-cu il

 

 

İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
İslam Konfransı Təşkilatının 2008-ci il martın 14-də Dakar şəhərində imzalanmış Nizamnaməsi təsdiq edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2010-cu il

 

Z.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbyacan Respublikası Prezidentinin təqdimatına əsasən Zakir Bəkir oğlu Qaralovun Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 11-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilsin.

O.ƏSƏDOV Azərbaycan Respublikası Milli Məclisinin sədr
Bakı şəhəri, 27 aprel 2010-cu il

Mərkəzi Seçki Komissiyasının 15 mart 2010-cu il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 mart 2010-cu il tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Rövşən İsmayılov, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli

 

Bəzi normativ aktlarda əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.

Bəzi seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Daşqın Yaqub oğlu Səfərov 4 saylı Naxçıvan şəhər, Xəyyam Söhrab oğlu Abdullayev 17 saylı Yasamal üçüncü, Heybət Mirzə oğlu Rəfiyev 50 saylı Qobustan - Xızı - Quba, General Maarif oğlu Sadulov 51 saylı Qusar, Əbülfət Ağababa oğlu Bədəlov 60 saylı Salyan - Neftçala, Tamilla Seyranovna Qorçiyeva

1 Yanvar