→ QANUNLAR  /  Bütün xəbərlər  /

"Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2010-cu il tarixli Sərəncamı ilə dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 7 noyabr 2010-cu ilə təyin edilmişdir.
Parlament seçkilərinin keçirilməsi zamanı seçki subyektlərinə metodiki yardım göstərilməsi, onlar tərəfindən Azərbaycan Respublikasının seçki qanunvericiliyində nəzərdə tutulmuş hərəkətlərin qanunauyğun həyata keçirilməsi, habelə onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə "Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı"nın təsdiq edilməsinə zərurət yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 25.3-cü və 145-ci maddələrinə uyğun olaraq qərara alır:
1. "Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı" təsdiq edilsin.
2. Təqvim planı təsdiq edildiyi gündən ən geci 2 gün müddətində dərc edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Müavin Şaitdin Əliyev
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Akif Qurbanov, Almas Qəhramanlı, Oktay Hümbətli

 

 

7 Sentyabr 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
Rubrikada son xəbərlər