
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis olunub. Dəmiryolçular həmin günü hər il böyük təntənə ilə qeyd edirlər. Bu dəfəki peşə bayramı günü həm də daha bir əlamətdar hadisə - ölkəmizdə dəmir yolunun istismara verilməsinin 130 illiyi ilə eyni vaxta təsadüf edir.

Azərbaycan-ABŞ münasibətlərini yeni səviyyəyə qaldırır
Prezidentlər İlham Əliyev və Barak Obamanın bu il sentyabrın axırında keçirilmiş görüşü Azərbaycan-ABŞ ikitərəfli münasibətlərini yeni səviyyəyə qaldırır. Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev belə hesab edir. Diplomatın sözlərinə görə, ABŞ və Azərbaycan rəhbərlərinin ilk görüşü iki ölkə arasında

Müsahibimiz TürkPA-nın baş katibi Ramil Həsənovdur.
- Ramil müəllim, Türkdilli Ölkələrin Parlament Assambleyası hansı zərurətdən yarandı?
- Türkdilli Ölkələrin Parlament Assambleyası (bundan sonra TürkPA) 2008-ci il noyabrın 21-də İstanbul şəhərində Türkiyə Prezidenti Abdullah Gülün ev sahibliyi və iştirakı ilə "Dolmabaxça sarayında" Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin rəhbərlərinin imzaladıqları sazişlə təsis olunub. Bu ideya hələ 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyev

Şair ürəkli rəssam
Bu günlərdə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda istedadlı fırça ustası Nəvai Məmmədoğlunun əsərlərindən ibarət ekspozisiya nümayiş etdirildi. Sərgidə rəssamın 30 ildən bəri çəkdiyi ən yaxşı əsərlər yer almışdı.
Sərginin tamaşaçılara təqdimatı mərasimində Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Nəvai Məmmədoğlunu incə duyğuları, gözəllikləri orijinal bir üslubda kətana köçürməyi bacaran,

Bakıda bir məktəb var. Ulu öndər Heydər Əliyevin adını daşıyır. Yaxın vaxtlarda yaradılmasına baxmayaraq, ümumtəhsil məktəblərimiz arasında özünə layiqli mövqe tutub. Bu gün öz övladlarının bu məktəbdə təhsil almasını istəyən valideynlər kifayət qədərdir. Buna səbəb isə məktəbdə verilən yüksək təhsil, buradakı qayda-qanun və bir də təcrübəli pedaqoqların öz işlərinə

Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olması dövlət siyasətinin əsas prioritetlərindəndir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, politoloq Vüqar Qədirovla söhbətimiz bu mövzuda oldu.
- Bu bir faktdır ki, Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Müstəqil dövlətimiz dayanıqlı əsaslar üzərində uğurla inkişaf edən ölkədir. Bizim qazandığımız uğurların

Son illər Gəncədə həyata keçirilən geniş abadlıq, quruculuq, yenidənqurma işləri qədim Nizami yurdunun simasını başdan-başa dəyişmişdir. Şəhərdə həyatın bütün sahələrində inkişaf, tərəqqi var. Belə sahələrdən biri də təhsildir. Müsahibimiz Gəncə Şəhər Təhsil İdarəsinin rəisi, respublikanın əməkdar müəllimi Mahal Əliyevdir.
- Mahal müəllim, yeni dərs ilinin başlanması münasibətilə sizi və cari ildə Gəncənin təhsilə cəlb olunan 39 mindən çox şagirdini, 4500-ə yaxın müəllimini təbrik edirik.

Xəbər verdiyimiz kimi, Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) İşçi Qrupunun "ƏDV fırıldaqçılığının aşkarlanması və qarşısının alınması" mövzusunda növbəti iclası keçirilmişdir.
Tədbirdə təşkilatın üzvü olan 25 ölkənin vergi administrasiyalarından 30-dək nümayəndə iştirak etmişdir. İclasın iştirakçıları vergi sahəsində beynəlxalq problemləri müzakirə etməklə yanaşı, ölkəmizlə, o cümlədən Azərbaycanın vergi sistemi ilə də yaxından tanış olmuşlar.

Ölkəmizdə uğurla həyata keçirilən regional inkişaf proqramlarının əsas yönlərindən biri bölgələrdə məhsul bolluğu yaratmaq, əhalini ərzaqla, emal sahələrini xammalla təmin etməkdir. Başa çatdırılmış aqrar islahatlar kəndlini torpağın həqiqi sahibinə çevirsə də, onun müstəqilliyi və təşəbbüskarlığı bəzən səciyyəvi çətinliklərlə üz-üzə qalır. Belə məqamlarda dövlət kəndlini müxtəlif yollarla dəstəkləyir, əkinə yararlı torpaqların becərilməsi, məhsuldarlığın yüksəldilməsi, üçün zəruri tədbirlər həyata keçirir. Hər il meliorasiya işləri üçün büdcədən kifayət qədər vəsait ayrılır, suvarma şəbəkəsinin normal fəaliyyəti təmin olunur.

Bu həftə BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası öz işinə başlamışdır. Birləşmiş Millətlər Təşkilatının üzvü olan Azərbaycanın bu sessiyadan gözlədikləri və planları barədə AzərTAc-ın xüsusi müxbiri ölkəmizin BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyevlə söhbət etmişdir.