→ İSTİ XƏBƏRLƏR  /  Bütün xəbərlər  /

HAVA PROQNOZU (Sentyabrın-1-də)

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Gecə 20-23, gündüz 32-36 , Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcəyə çatacaq.

Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək.Cənub küləyi əsəcək. Gecə 15-20, gündüz 32-37 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Gecə 19-23, gündüz 31-36 dərəcə isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək.Cənub küləyi əsəcək. Gecə 19-24, gündüz 33-38 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 20-23, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

 

1 Sentyabr 2010, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS