
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, görkəmli alim, akademik Cəmil Əliyevin oktyabrın 21-də Gürcüstana səfəri ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsi önünə əklil qoyması ilə başlanmışdır.
Sonra akademik Gürcüstan Tibb Universitetinin 80 illik yubiley tədbirində iştirak etmişdir.

Lerik Mərkəzi Rayon Xəstəxanası əsaslı şəkildə yenidən qurulduqdan sonra burada səhiyyə islahatları daha da sürətlənib. Bir neçə ay öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfəri çərçivəsində bu böyük tibb ocağının da təntənəli açılışı olub.
Paris şəhərində Avropa Oftalmoloqlar Assosiasiyasının illik qurultayı keçirilmişdir.
Tədbirdə ölkəmizi professor, tanınmış göz həkimi, Amerika Oftalmologiya Asossiasiyasının üzvü Çingiz Cərullazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Bu barədə məlumat verən Ç.Cərullazadə vurğulamışdır ki, beynəlxalq tədbirdə bütün Avropa ölkələrindən

Sentyabrın 25-də Bakıda "Dünya Ürək Günü"nə həsr olunmuş "Mən ürəklə işləyirəm" adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransda azərbaycanlı kardioloqlarla yanaşı, Türkiyə, İran, Rusiyadan mütəxəssislər iştirak etmişlər.
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdir ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində, səhiyyənin inkişafı istiqamətində bir sıra islahatlar aparılmışdır.
Dövlət tərəfindən səhiyyəyə göstərilən diqqət və qayğının

Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti layihəyə start verilmişdir.
Heydər Əliyev Fondunun və "Sanofi-aventis" şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə sentyabrın 24-də iki min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunmuşdur.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Dünya Ürək Günü geniş səviyyədə qeyd edilir. Bu münasibətlə cəmiyyət tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Sentyabrın 23-də paytaxtın Nəsimi rayonunda yerləşən 1 nömrəli körpə uşaq evində 44 uşaq kardioloji müayinədən keçirilmişdir.
Müayinə zamanı əsasən

Sentyabrın 22-də Bakı Expo Mərkəzində BİHE - 16-cı Azərbaycan Beynəlxalq səhiyyə sərgisi açılmışdır.
Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təşkil edilmiş sərginin açılışında çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdir ki, ildən ilə bu sərgidə iştirak edən ölkələrin

Heydər Əliyev Fondunun dəstəyi ilə "WORLDMED" klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır. Sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.
Heydər Əliyev Fondundan bildirmişlər ki, artıq ikinci ildir ki, bu klinikada aztəminatlı ailələrdən olan "dovşandodaq" və "qurd ağzı" diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinədən keçirilmiş

Avqustun 13-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondu və UNİCEF-in birgə təşkilatçılığı ilə anemiya və talassemiya üzrə "dəyirmi masa" keçirilmişdir.
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev bildirmişdir ki, son 6 il ərzində Fond tərəfindən səhiyyə sahəsində də bir sıra uğurlu layihələr reallaşdırılmışdır. Talassemiya xəstəliyi hazırda ölkəmizdə çox aktualdır. Heydər Əliyev Fondunun

Amerikalı alimlər stress əleyhinə vaksin yaradılması sahəsində əhəmiyyətli uğura imza atıblar. Bu barədə Londonun həftəlik "The Sunday Times" qəzeti məlumat verib. İnsanlığı psixoloji gərginlikdən və stresin dağıdıcı təsirindən qoruyan vaksinlərin tezliklə əczaxanalarda satışı gözlənilir.