
Etnoqrafiya elmi xalqı, xalqın özünəməxsus xüsusiyyətlərini öyrənir, tarix, arxeologiya, eləcə də başqa elm sahələrinin əldə etdiyi nəticələri də özünün süzgəcindən keçirir, tamamlayır, bütövləşdirir. Nəticədə etnik-milli özünüdərkin, özünütanımanın əsasını yaradır. Yəni, maddi və mənəvi mədəniyyət əsasında milli kimlik formalaşır, etnoqrafiya elmi isə minilliklərin bu milli-etnik kimliyini üzə çıxarmaqla məşğuldur.

Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan olunmuş "Ekologiya ili" çərçivəsində ölkəmizin ABŞ-dakı səfirliyi qabaqcıl Merilend Universitetində "Azərbaycan: Ən cəlbedici faktlar və nailiyyətlər" adlı inşa müsabiqəsi keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, müsabiqənin məqsədi amerikalı tələbələri Azərbaycanın zəngin təbiəti, ətraf mühiti, ekologiyası, həmçinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı araşdırmalara sövq etməkdir.
Sel və daşqınlara məruz qalmış yaşayış məntəqələrindəki abituriyentlərin ərizə qəbulu diqqətdə saxlanılır. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 14-də keçirdiyi mətbuat konfransında bildirmişdir.
Elə insanlar var ki, onlar həyatın mənasını xalqa Vətənə xidmətdə görürlər. Belə insanların ömür yolu çətin və əzablı, lakin mənalı və şərəfli, başı el içində həmişə uca olur. Öz xoşbəxtliyini, səadətini nəcib əməl sahibi olmaqda görən belə insanlardan biri də istedadlı alim, ustad-pedaqoq Şakir Bədəlovdur.
Şakir Bədəlov 1940-cı il mayın 15-də İsmayıllı rayonunun

Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində "Klassik Azərbaycan filologiyası və müasir problemlər" mövzusunda görkəmli ədəbiyyatşünas alim, tənqidçi və şair Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə əlaqədar elmi sessiya keçirilmişdir.
Sessiya iştirakçılarına akademiyanın foyesində yubilyarın həyat və yaradıcılığına həsr olunmuş foto və kitab sərgisi təqdim olunmuşdur.
Akademik Abel Məhərrəmova həmin universitetin fəxri doktoru adı verilmişdir
Mayın 11-də Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində (AMU) Bakı Dövlət Universiteti günləri başlanmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun başçılığı ilə nümayəndə heyəti, AMU-nun professor-müəllim heyəti, tələbələr, buradakı

Ölkəmizdə iqtisadi inkişaf sahəsində keçid dövrü başa çatdıqdan sonra gələcək inkişaf yolunun əsas hərəkətverici qüvvələri olmaqla elm və təhsil məsələləri Azərbaycan dövlətçiliyinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində qeyd etdiyi kimi, yeni mərhələdə elm və təhsilin prioritetliyi vacibdir: "Qabaqcıl ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir".
Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə yaradılmış Azərbaycan Müəllimlər İnstutu Sumqayıt filialında 3 fakultə, 7 kafedra fəaliyyət göstərir. İnstitutda 75 nəfərə yaxın müəllim çalışır ki, onlardan 6 nəfəri elmlər doktoru,professor, 25 nəfər elmlər namizədi,dosentdir. 18 nəfər əməkdaş namizədlik dissertasiyası üzərində işləyir.
Tələbələrin elmi-tədqiqat işlərinə

Respublikamızın hər yerində olduğu kimi, Bakının Səbail rayonunda yerləşən 160 saylı klassik gimnaziyada da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87 illiyi böyük təntənə ilə qeyd olunur. Məktəbin bu ilki ibtidai buraxılış sinif şagirdləri bayram şənliklərini elə bu müstəvidə hazırlamışdılar.
Dövlət himnimizin sədaları altında səhnəyə daxil olan IV-a sinif şagirdləri tamaşaçıları - məktəbin müəllim-şagird kollektivi qarşısında baş əyərək onları salamladılar. Sonra Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət maraqlı kompozisiya ilə konsert proqramlarına başladılar.