→ İQTİSADİYYAT  /  Bütün xəbərlər  /

Yaponiya-Azərbaycan investisiya forumu

Tokio şəhərində Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 6-cı iclası çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Yaponiya- Azərbaycan investisiya forumu keçirilmişdir.

Azərbaycanın neft sənayesində nanotexnologiya

Azərbaycan Respublikası elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmiş "Neft sənayesində nanotexnologiya" (fundamental elmi araşdırmalar, ixtira və tətbiq) adlı tədqiqat əsəri diqqətimi daha da çəlb etdi. İş son zamanlar dünya elminin prioritet istiqamətlərindən biri hesab edilən nanotexnologiyanın neft sənayesinə tətbiqinə həsr edilib və tədqiqat işi elmin son nailiyyətlərindən hesab edilən nanotexnologiya üzrə mükəmməl araşdırmadır.

"Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası"

(əvvəli qəzetin 16 may tarixli sayında)

Aqil Əsədov, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru:
- Tarixi proseslərdən və beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət yoxdursa, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi

Neft-qaz sənayesinin infrastruktur imkanları genişləndirilir

Azərbaycanın neft-qaz sənayesində mühüm infrastruktur layihələrinin reallaşdırılması uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin böyük diqqət və qayğısı, ölkənin yeni neft strategiyası çərçivəsində reallaşdırılan iri miqyaslı işlərlə şəxsən maraqlanması nəzərdə tutulan bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə icra olunmasını sürətləndirir. Məhz buna görə də son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən

Moskvada Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafına həsr olunan beynəlxalq konfrans keçiriləcəkdir

Mayın 20-də Moskvada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Moskva Dövlət Universiteti, Rusiya Dövlət Humanitar Universiteti, Qazaxıstanın Aktual Araşdırmalar Mərkəzi "Alternativa" və "Vestnik Kafkaza" informasiya-analitik portalının birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransın işində Azərbaycanın və Rusiyanın tanınmış siyasi ekspertlərinin, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərinin iştirakı gözlənilir.

Şirvan şəhərində kənd təsərrüfatı nazirinin iştirakı ilə müşavirə keçirilmişdir

Kənd təsərrüfatı naziri İsmət Abasov baş vermiş təbii fəlakət nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş ziyanın müəyyən edilməsi, onlara əməli kömək göstərilməsi məqsədi ilə Şirvan şəhərində müşavirə keçirmişdir.
Tədbirdə nazirliyin şöbə müdirləri, əlaqədar strukturların rəhbərləri iştirak etmişlər.
Məlumat verilmişdir ki, təbii fəlakət nəticəsində respublikanın ayrı-ayrı rayonlarına dəymiş ziyanı aradan qaldırmaq üçün nazirin əmri ilə qərargah yaradılmışdır.

Nəqliyyat və rabitə müəssisələrində orta aylıq əmək haqqı yüksəlir

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki, cari ilin birinci rübündə nəqliyyat və poçt müəssisələrində çalışan muzdlu işçilərin sayı 73,7 min nəfər təşkil etmişdir. Onların 82,2 faizi dövlət müəssisələrində, 17,8 faizi özəl bölmədə çalışır. İşçilərin 55 faizi yerüstü və boru kəməri, 13 faizi su, 13,3 faizi hava nəqliyyatı, 11,8 faizi köməkçi və əlavə nəqliyyat, 6,9 faizi isə poçt fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.

İordaniya Kralı II Abdullah Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda istehsal edilmiş silah-sursat və hərbi texnika ilə tanış olmuşdur

Azərbaycanda rəsmi səfərdə olan İordaniya Kralı II Abdullah mayın 16-da Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda olmuşdur.
Müdafiə sənayesi naziri Yavər Camalov ali qonağı qarşıladı.
İordaniya Kralı əvvəlcə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti haqqında qısa filmə baxdı.

"Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası"

AMEA-nın İqtisadiyyat İnstitutunda "dəyirmi masa" ətrafında söhbət
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər respublikada gərgin bir vəziyyət hökm sürürdü: sosial-iqtisadi sahədə tənəzzül, durğunluq özünü göstərirdi. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada bu ağır şəraitdən çıxış

Azərbaycanın Şəffaflıq Təşəbbüsü üzrə on ikinci hesabatı açıqlanmışdır

Mayın 14-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
ARDNF-in mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycanın mədən hasilatı ilə məşğul olan şirkətlərinin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçirilərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, həmçinin qiymətləndirmə

1 Yanvar