→ İQTİSADİYYAT  /  Bütün xəbərlər  /

ARDNF-nin 2010-2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini "Ernst ənd Yanq" şirkəti həyata keçirəcəkdir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2010-2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə ölkənin dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq, xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirmişdir.
Fonddan bildirmişlər ki, xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş "Ernst ənd Yanq" şirkəti müsabiqənin qalibi müəyyən edilmiş və ARDNF haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən fondun 2010-2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilmişdir.
AzərTAc

 

7 Sentyabr 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS