→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə Beynəlxalq musiqi festivalı keçiriləcəkdir

Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-dən avqustun 5-dək Qəbələdə Beynəlxalq musiqi festivalı keçiriləcəkdir. Artıq ənənəyə çevrilən festival günlərində ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilər Azərbaycanın bu gözəl guşəsində Şərqlə Qərb musiqisinin birgə səsləndiyi möhtəşəm tədbirin iştirakçısı olacaqlar.

Xalq şairi Fikrət Qocanın 75 illik yubileyi qeyd edilmişdir

İyulun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qocanın 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar F.Qocanın mənalı ömür yolundan və zəngin ədəbi-bədii yaradıcılığından geniş söz açmışdır.
Bildirilmişdir ki, Fikrət Qocanın şeirlərində Vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələr


Azərbaycan mədəniyyəti tarixinə yeni elmi töhfə

Ədalət Vəliyevin "Teatr" kitabı mədəniyyətşünaslığımızı ciddi elmi nəticələrlə zənginləşdirən bir əsərdir
Teatrın yaranma, ayrı-ayrı ölkələrdə, eləcə də Azərbaycanda inkişaf tarixi, eyni zamanda, təxminən son 20 il ərzində onun, demək olar ki, "ölüm-qalım" dilemması qarşısında qalması barədə

Əbədiyyət yuxusu

Azərbaycan təbiətinin aşiqi, böyük rəssam Səttar Bəhlulzadəyə rekviyem

... Heysiz, taqətsiz Moskvada xəstəxana çarpayısına uzanıb gözlərini pəncərədən səmaya zilləmişdi. Səmada külək bir parça buludu çəngələyir, didir, darayır, sanki çələng hörürdü... Heç


Yeni kitablar

Qış gününün isti xatirələri

Novruz Nəcəfoğlunu ilk dəfə yaxından on beş il öncə, şaxtalı bir qış günündə Lerikdə tanımışam. Həyatında baş vermiş tarixi

Dünya şöhrətli cazmen Al Cero Qəbələdə keçiriləcək beynəlxalq festivalda çıxış edəcəkdir

İyulun 25-dən avqustun 5-dək Azərbaycanın Qəbələ şəhərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə Pianoçuların II Beynəlxalq Festivalı keçiriləcəkdir.


Üzeyir Hacıbəyov haqqında film çəkilir

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti "Üzeyir Hacıbəyov" bədii-sənədli filminin istehsalına başlayıb. Film professional Azərbaycan musiqisinin banisi, görkəmli bəstəkar, musiqişünas, dramaturq, jurnalist, pedaqoq və ictimai

V.Kərimov-65

Xatirə gecəsi
Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycanın əməkdar incəsənət xadimi, görkəmli kinooperator və kinorejissor Valeri Kərimovun 65 illik yubiley gecəsi və


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsində Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir

İyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. Tədbirdə

Cəlil Məmmədquluzadə -140

Cəlil Məmmədquluzadə və Naxçıvan Teatrı

127 yaşına qədəm qoymuş Naxçıvan Teatrının təşəkkülündə və tərəqqisində milli dramaturgiyamızın klassiklərindən biri Cəlil Məmmədquluzadənin müstəsna xidmətləri olmuşdur. 1894-cü


1 Yanvar