→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

Monteneqroda görkəmli Azərbaycan rəssamı Hüseyn Əliyevin fərdi sərgisi açılmışdır

İyunun 11-də Monteneqronun Mədəniyyət Nazirliyi, Bar Şəhər Meriyası və ölkəmizin Rumıniyadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bar şəhərinin Kral Nikola Sarayında görkəmli rəssamın fərdi sərgisi açılmışdır.

QİƏT üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının V Baş Assambleyasının iştirakçıları İçərişəhərlə tanış olmuşlar

İyunun 13-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçirilən V Baş Assambleyasının iştirakçıları dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olmuşlar.


İsveç Krallığının xarici işlər naziri Karl Bildt İçərişəhəri gəzmişdir

İyunun 13-də İsveç Krallığının xarici işlər naziri Karl Bildt İçərişəhərlə tanış olmuşdur.

Ustad sənətkarın yubileyi qeyd olundu

Azərbaycan milli musiqi alətləri sırasında tar, kamança, zurna, balabanla yanaşı, zərb alətlərinin - qaval, nağara, qoşa nağaranın da məxsusi yeri vardır.


Norveç Krallığının vəliəhdi Hookon Nobel qardaşlarının Bakıdakı ev-muzeyi "Villa Petrolea" ilə tanış olmuşdur

İyunun 7-də Bakıda səfərdə olan Norveç Krallığının vəliəhdi Hookon Nobel qardaşlarının Bakıdakı ev-muzeyi "Villa Petrolea" ilə tanış olmuşdur.

Norveç Krallığının Vəliəhdi Hookon İçərişəhərlə tanış olmuşdur

Azərbaycanda rəsmi səfərdə olan Norveç Krallığının Vəliəhdi Hookon iyunun 7-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olmuşdur.


FİFA-nın və AFFA-nın rəhbərləri İçərişəhərdə olmuşlar

Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizə gəlmiş FİFA-nın prezidenti Yozef Blatter və AFFA-nın rəhbəri Rövnəq Abdullayev Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olmuşlar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda Nizami Gəncəvinin adını daşıyan bağın açılışında iştirak etmişdir

İyunun 5-də Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur.


Azərbaycanın ilk xanım bəstəkarı

Azərbaycanın ilk professional qadın bəstəkarlarından biri, görkəmli sənətkar, qayğıkeş pedaqoq, gözəl insan, əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin anadan olmasının 95 illiyi tamam olur.

YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçıları İçərişəhərdə olmuşlar

YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Pilar Alvarez-Laso və Bakıda keçirilmiş YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyasının iştirakçıları İçərişəhərdə olmuşlar.