→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

"Eurovision" beynəlxalq müsabiqəsi Azərbaycanda reklam işinin inkişafına güclü stimul verəcək

Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Təsadüfi deyildir ki, respublikamız dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının üzvüdür.

Azərbaycanı dünyaya turizm ölkəsi kimi tanıdaq

Son illər inteqrasiya proseslərinin sürətlənməsi ayrı-ayrı milli iqtisadiyyatların, eləcə də ümumilikdə dünya iqtisadiyyatının strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdur.


TÜRKSOY 2012-ci ili "M.F.Axundzadə İli" elan etmişdir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan

Mirzə İbrahimovun yaradıcılığında dil və ədəbiyyat dərslərinə münasibət

Doğrudan da insanın əhval - ruhiyyəsini, ovqatını yaxşı edən, qəlbinə qida verən, onun ruhunu təmizləyən, ürəyində sevinc hissləri yaradan, yaşamaq,


Hollivudda "Əli və Nino" əsəri əsasında film çəkiləcək

Yaxın zamanlarda Hollivudda Məhəmməd Əsəd bəyin (Qurban Səid) müəllifi olduğu "Əli və Nino" əsəri ekranlaşdırılacaq.

"Turizm ili" yekunlaşsa da, turizm quruculuğu davam edir

Son illər müstəqil Azərbaycan Respublikası bütün sahələrdə mühüm nailiyyətlər qazanır. Ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycan Respublikasını dünyada davamlı islahatlar ölkəsi kimi tanıtmışdır. Turizm başqa sahələrə nisbətən respublikamızda yeni sahə olsa da, az bir dövr ərzində bu sahə ölkəmizin inkişafının prioritet istiqamətlərindən birinə çevrilmişdir.


Mirzə Ələkbər Sabir -150. Sabir - Şərq inqilabi-demokratik ədəbiyyatının banilərindən biri

XX əsr mətbuat tariximizin zirvəsini fəth etmiş həftəlik, illüstrasiyalı ilk Azərbaycan satirik dərgisi "Molla Nəsrəddin"in (1906-1931) yaradıcısı artıq o vaxt hekayə və felyetonları ilə tanınan Cəlil Məmmədquluzadə (1869-1932) başlanğıcdan həqiqi "Molla Nəsrəddin" şairini axtarırdı. Beləliklə, baş redaktor axtardığı nadir istedad sahibini vaxtında tapdı.

80-i haqladın, 100-ə nə qaldı...

Tarzən Fərman Hüseynovun adı musiqi ictimaiyyətinə, eləcə də sənətsevərlərə yaxşı tanışdır. Ömrünün 60 ildən çoxunu tar ifaçılığı sənətinin inkişafına həsr etmiş sənətkar bu illər ərzində Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Əlibaba Məmmədov, Yaqub Məmmədov, Arif Babayev, Sabir Mirzəyev, Mənsum İbrahimov və digər görkəmli muğam ifaçıları ilə tərəfmüqabil olaraq konsertlərdə və el şənliklərində onları müşayiət etmiş, ürəyəyatımlı peşəkar ifasıyla hamının rəğbətini qazanmışdır.


"Azərbaycanın folklor paytaxtı"nda yekun tədbiri

Məlum olduğu kimi, 2011-ci ildə Lənkəran şəhəri "Azərbaycanın folklor paytaxtı elan olunmuşdu. Ölkəmizin qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı ilə əlaqədar olaraq folklor mərkəzi seçilmiş Lənkəranda il ərzində rəngarəng tədbirlər keçirilib.

"Xalçalarda Nizami dünyası"

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində bu mövzuda sərgi keçirilir