→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

"Əfsanələr Paytaxtı"ndan təəssüratlar

Qədim və əsrlərin salnaməsini özündə yaşadan bu diyar tarixdə bir sıra önəmli hadisələrin şahidi olub.

Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin müddəti 2012-ci il yanvarın 16-dək uzadılmışdır

Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin müddəti 2012-ci il yanvarın 16-dək uzadılmışdır.
Sərginin müddətinin yanvarın 16-dək, eksponatların ümumi saxlanılma müddətinin 2012-ci il yanvarın 31-dək uzadılması xahişi ilə ekspozisiyanın təşkilatçılarına Dövlət Rus Muzeyinin rəhbərliyi müraciət etmişdir.


Nuridə Atəşinin "Qafqaz amazonları: miflər arxasında gerçək tarix" kitabının təqdimatı olmuşdur

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Nuridə Atəşi tədqiqata 15 il əvvəl başladığını demişdir. Onun sözlərinə görə, bu tədqiqat əsərində Avropada amazonlarla bağlı indiyə qədər səslənən fikirlərin puç olduğu ortaya qoyulub:

Bakıda Latviya rəssamlarının sərgisi açılmışdır

Azərbaycanda Latviya mədəniyyəti günləri çərçivəsində "Qız qalası" qalereyasında Latviya rəssamlarının sərgisi açılmışdır.
Ekspozisiyada Latviyanın iki tanınmış rəssamının - Aleksey Naumovun və Andris Vitolinsin işləri təqdim edilmişdir.
Sərginin açılışında Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.


Moskvada MDB-nin 20 illik yubileyi münasibətilə SSRİ xalq artistlərinin görüşü keçiriləcəkdir

Dekabrın 8-dən 11-dək Moskvada MDB-nin 20 illik yubileyi münasibətilə SSRİ xalq artistlərinin görüşü keçiriləcəkdir. 
Bu görüşə Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi, Milli Məclisin deputatı Zeynəb Xanlarova da dəvət olunmuşdur. Z.Xanlarova dekabrın 8-də Rusiyanın paytaxtına gedəcəkdir.

Xalq yazıçısı Elçinin "Şekspir" əsəri Londonda nümayiş etdirilmişdir

Dekabrın 5-də Londonun "The Horse Hospital" İncəsənət Mərkəzində yerləşən "Avanqard" Teatrında görkəmli Azərbaycan dramaturqu, Xalq yazıçısı Elçinin "Şekspir" komediyasının ingilis dilində premyerası olmuşdur. Elçin Əfəndiyev tamaşanın nümayişində iştirak etmişdir.


Kanadada Azərbaycan mədəniyyət mərkəzi açılıb

Dekabrın 5-də Kanadanın Vankuver şəhərində, bu ölkədə ilk dəfə Azərbaycan mədəniyyət və icma mərkəzi fəaliyyətə başlamışdır. Azərbaycan mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisinin və milli rəqslərinin tədrisi kurslarının təşkili planlaşdırılır.
Bu barədə Milli.az saytı məlumat yayıb. Mərkəzin açılışında Vankuverdə yaşayan Azərbaycan icmasının fəal üzvü Məhəmməd Purazadın xüsusi rolu olmuşdur. Azərbaycan mərkəzinin binası M.Purazad tərəfindən əsaslı təmir edilmişdir.

Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli açılış mərasimi keçirilmişdir

Dekabrın 4-də Heydər Əliyev Sarayında V Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli açılış mərasimi keçirilmişdir.
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın bədii rəhbəri Olqa Rostropoviçdir.


2012-ci ildə mədəniyyətlərarası dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-tank) Qrupu yaradılacaq

2011-ci ilin 7-9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrindən biri olaraq 2012-ci ildə mədəniyyətlərarası dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması və dünyanın bütün qitələrindən məşhur ekspertlərin onun işinə cəlb edilməsi nəzərdə tutulur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Think-tank qrupu tərəfindən Dünya Forumunun gündəliyində duracaq məsələlərə dair müzakirə sənədləri hazırlanacaq.

Böyük xanəndənin yubileyi şərəfinə

Azərbaycan muğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Xan Şuşinskinin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbirləri ölkəmizin hər yerində


1 Yanvar