→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

Musiqiçilərimiz "Avaza" festivalının ali mükafatını qazanıb

Türkmənistanın "Avaza" milli turizm zonasında "Avaza-2010" beynəlxalq musiqi, mahnı və rəqs festivalı başa çatıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə keçirilən və əsas məqsədi yeni istedadların üzə çıxarılması, mədəniyyətlərarası dostluq və yaradıcılıq əlaqələrinin yaradılması olan musiqi bayramında dünyanın və regionun 21 ölkəsinin, o cümlədən Azərbaycan sənətçiləri də iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ölkəmizi bu möhtəşəm tədbirdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Səbuhi İbayev və Dövlət Filarmoniyasının solisti Almaz Orucova təmsil edib. Onların çıxışları münsiflər heyəti və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanlı sənətçilər festivalın ali mükafatını - Qran-prini qazanıblar. Festivalın açılışında "Cahargah" muğamını ifa edən xanəndələrimiz bağlanış günü çıxışlarını "Qarabağ şikəstəsi" ilə başa çatdırıblar. Onları tarda Rüfət Hüseynov, kamançada Elnur Mikayılov müşayiət edib.

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

 

29 Avgust 2010, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS