→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

Beynəlxalq Teatr Festivalı Bakıda keçiriləcək

Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi noyabrda Azərbaycanda keçiriləcək.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov bu barədə məlumat verib. Onun sözlərinə görə, festivalın açılışı noyabrın 11-də baş tutacaq və 15 gün davam edəcək. Bu müddət ərzində Rusiya, Belarus, Böyük Britaniya, İsveçrə, Fransa və Kanadanın teatrları ən uğurlu tamaşaları ilə çıxış edəcək: "Hələ müəyyən detallar dəqiqləşdirilməyib. Təşkilati işlər də davam edir. Ona görə də tamaşaların hansı teatrlarda nümayiş olunacağı hələ məlum deyil," - deyə A.P.Nemətov bildirib.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

8 Sentyabr 2010, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS