→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

Beynəlxalq Teatr Festivalı Bakıda keçiriləcək

Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi noyabrda Azərbaycanda keçiriləcək.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov bu barədə məlumat verib. Onun sözlərinə görə, festivalın açılışı noyabrın 11-də baş tutacaq və 15 gün davam edəcək. Bu müddət ərzində Rusiya, Belarus, Böyük Britaniya, İsveçrə, Fransa və Kanadanın teatrları ən uğurlu tamaşaları ilə çıxış edəcək: "Hələ müəyyən detallar dəqiqləşdirilməyib. Təşkilati işlər də davam

Sərvər Soltan oğlu Qəniyev

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli ifaçılıq sənətinin görkəmli nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli, professor Sərvər Soltan oğlu Qəniyev 2010-cu il sentyabr ayının 5-də ömrünün 74-cü ilində vəfat etmişdir.


Qəbələ İkinci Beynəlxalq musiqi festivalı yaddaşlarda silinməz izlər buraxmışdır

Sentyabrın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubu üzvlərinin Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş Qəbələ İkinci Beynəlxalq

Sənət olan yerdə yaş bəhanədir

İstedadlı aktyor, şair və dramaturq, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyevin bu günlərdə 50 yaşı tamam olur. Ömrünün 30 ildən çoxunu teatr sənətinin təbliği və tərəqqisinə həsr etmiş İftixar Piriyev bu illər ərzində böyük yaradıcılıq yolu keçmiş, irili-xırdalı saysız-hesabsız yadda qalan obrazlar qalereyasını yaratmaqla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır


Üzeyir Hacıbəylinin 125 illik yubileyi təntənə ilə qeyd olunacaq

Dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli sərəncamına əsasən 2010-cu il 18-28 sentyabr tarixlərində Azərbaycanda beynəlxalq musiqi festivalının keçirilməsi nəzədə tutulur. Festival çərçivəsində dünya şöhrətli

Azərbaycan xalçaları Rusiyanın birinci xanımını valeh etmişdir

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva sentyabrın 3-də "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşlar.


Müasir İncəsənət Muzeyi ilə tanışlıq

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva sentyabrın 3-də Müasir İncəsənət Muzeyində olmuşlar.

Azərbaycanın məşhur heykəltəraşı Ömər Eldarov Niaqaranın fəxri xoşməramlı səfiri seçilmişdir

Kanadanın Toronto və Niaqara şəhərlərində böyük uğurla keçmiş Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Niaqarada 12-ci Beynəlxalq Niaqara Musiqi Festivalı çərçivəsində Azərbaycan simfonik musiqisi və muğamlarından ibarət möhtəşəm konsertlə başa çatmışdır.
Festivalın Azərbaycan


Ömər Eldarovun əsərlərinin fotoşəkilləri Torontoda nümayiş etdirilib

Kanadanın Toronto və Niaqara şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb. Sərgi Heydər Əliyev Fondu, Beynəlxalq Niaqara musiqi festivalı və Kanada Türk Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil edilib.
Torontoda "Ümumi sülh naminə mədəniyyətlərin dialoqu" beynəlxalq layihəsi çərçivəsində təşkil edilmiş sərgi böyük

"Leyli və Məcnun" Avropa səhnəsində

Opera bu dəfə Nizami Gəncəvinin əsəri əsasında hazırlanıb
Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan mədəniyyəti və incəsənətinin beynəlxalq miqyasda təbliğinə daha bir töhfə verib. Belə ki, təşkilat "Leyli və Məcnun" operasının yeni quruluşda səhnələşdirilməsinə yardım edib. Lent.az saytının yaydığı məlumata görə, tamaşanın premyerası Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Rurtriennale Musiqi və İncəsənət Festivalı