2.07.2009 Pakistanda Talibanla mübarizənin miqyası genişlənir Son bir ay ərzində Pakistan ordusu Svat bölgəsində Taliban yaraqlılarına qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparıb. Hökumət rəsmiləri yaraqlılara bütün cəbhə boyu ağır zərbələr endirildiyini bəyan edirlər. Lakin müstəqil müşahidəçilər hökumət əsgərlərinin hələ də bölgəyə tam nəzarət etmədiyini bildirirlər. Bu arada Talibanla mübarizədə Pakistanın silahlı qüvvələri üçün yeni problem üzə çıxıb.
2.07.2009 Yaponiya iqtisadiyyatında pozitiv proseslər baş verir Qlobal maliyyə böhranından xeyli dərəcədə zərər çəkmiş ölkələrdən biri də Yaponiyadır. Lakin “Gündoğar ölkə” hökumətinin “iqtisadiyyatın təşviqi planı” çərçivəsində həyata keçirdiyi bir sıra uğurlu layihələr nəticəsində Yaponiya iqtisadiyyatı artıq dirçəlməyə başlayıb. Belə ki, may ayında aprel ayı ilə müqayisədə bu ölkədə ümumi daxili məhsul istehsalı 5,9 faiz yüksəlib.
2.07.2009 Hindistan maoçularla mübarizəni gücləndirir Hindistanın təhlükəsizlik qüvvələrinin Qərbi Benqal vilayətinin sıx meşələrində Mao yaraqlıları ilə qızğın döyüşləri davam edir. Bu barədə Hindistanın rəsmi xəbər orqanları məlumat veriblər. Xatırladaq ki, son 20 ildə maoçularla mübarizədə Hindistanda 6 minə yaxın insan həlak olub.
2.07.2009 İranda həbs olunanların beşi azad edilib Xəbər verildiyi kimi, Böyük Britaniyanın Tehrandakı səfirliyində işləyən səkkiz İran vətəndaşı ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. FARS xəbər agentliyinin bildirdiyinə görə, onlar İranda prezident seçkilərindən sonra başlamış etiraz dalğasında iştirakda ittiham olunurdular.
2.07.2009 Beynəlxalq Qırmızı Xaç Komitəsi həyəcan təbili çalır BBC-nin məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzzada yaşayan bir milyon yarıma yaxın fələstinlinin həyatını ümidsiz kimi təsvir edib. Komitənin hesabatında deyilir ki, ərazinin iqtisadiyyatı və infrastrukturu İsrailin altı ay əvvəl həyata keçirdiyi hərbi əməliyyatdan sonra tamamilə dağılıb. Hesabata görə, ərazidə yoxsulluq inanılmaz sürətlə artmaqdadır və uşaqlar ərzaq çatışmazlığından əziyyət çəkirlər.
2.07.2009 İsveçSədrlik İsveçə keçdi Dünəndən Avropa Birliyinə sədrlik Çexiyadan İsveçə keçib. Bununla əlaqədar Stokholmda təntənəli mərasim keçirilib. Tədbirdə İsveçin baş naziri Fredrik Raynfeldt və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iştirak ediblər. Məlumatı BBC yayıb.
2.07.2009 RusiyaRüsum artırıldı Rusiyada neft ixracına rüsum yenidən artırılıb. Bundan sonra “qara qızıl”ın 1 tonuna görə 212,6 dollar rüsum ödəniləcək. Qeyd edək ki, bundan əvvəlki artım iyunun 1-də baş vermişdi. O zaman rüsumun məbləği 137,7 dollardan 152,8 dollara qalxmışdı. Xəbəri RİA “Novosti” verib.
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının MDB ölkələrində akkreditə olunan səfirlərini qəbul etmişdir. Prezident İlham ƏLİYEV qonaqlara müraciətlə dedi: -Xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimdən çox məmnunam. Səfirlərin bu iclasının keçirilməsi üçün ölkəmizi seçdiyinizə görə şadam. Eyni zamanda, bu, ölkəmizi daha yaxından tanımaq üçün yaxşı bir fürsətdir. Yəqin ki, sizlərin çoxu Azərbaycanda heç vaxt olmayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Rusiya Dövlət Televiziya kanalının “Vesti subbota” verilişinin aparıcısı Sergey Brilyova müsahibə vermişdir. Müsahibədə Prezident İlham Əliyev Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, regional və beynəlxalq məsələlər barədə suallara ətraflı cavab vermişdir.
İyunun 30-da Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak etmişdir. Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir İyunun 30-da Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yeni binası istifadəyə verilmişdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir. Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Məlumat verildi ki, 2008-ci ilin yanvarında başlanmış inşaat işləri bu ay başa çatdırılmışdır.
– Əziz dostlar! Mən sizi və Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini Polis Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı, uğurlar arzulayıram. İyulun 2-də Azərbaycanda Polis Günü qeyd olunur. Bu gün həm Bakı Şəhər Baş Polis İdarəsinin yeni inzibati binasının açılışını qeyd etdik. Eyni zamanda, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yeni binasının açılışında bərabər iştirak edirik. Bunlar gözəl hadisələrdir.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisinin qondarma erməni soyqırımının tanınması ilə əlaqədar göstərdiyi cəhdlər hələ ki, bir nəticə vermir. Bəzi ölkələrin parlamentlərində bu məsələ barəsində müzakirələr aparılsa da, sonradan həmin dövlətlərin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarının rəhbərləri bəyanatla çıxış edərək bunu dövlətin yeritdiyi siyasət kimi qəbul etməməyi bəyan etmişlər.
Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 26-da Parisdə keçirilmiş görüşü ilə bağlı bəyanat yaymışdır. Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunda ABŞ və Rusiya ilə yanaşı həmsədr olan Fransa Azərbaycana və Ermənistana onları qarşıdurmaya gətirən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və davamlı həllinin nizamlanmasına kömək etmək üçün öz mediasiya səylərini əsirgəmir. Mediator ölkələrin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yeni danışıqlar məqsədi ilə iyunun 26-da Parisdə görüşmüşlər.
İyunun 30-da Baş Prokurorluqda Respublika Hərbi Prokurorluğu və Bakı Şəhər Prokurorluğunun rəhbər heyətinin iştirakı ilə “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə bağlı prokurorluq orqanları qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Dünyada baş verən iqtisadi hadisələr, getdikcə dərinləşən və demək olar ki, durğunluq dövrünü yaşayan maliyyə sistemi bu böhrandan çıxmağa çalışır. Beynəlxalq ekspertlərin dünyada baş verən maliyyə böhranı və iqtisadi hadisələr üzündən, 2009-cu və 2010-cu illər üzrə verdikləri iqtisadi proqnozlar özünü doğrultmaqdadır. Dünya ümumi daxili məhsulu 2009-cu ilin I rübündə, keçən ilin analitik dövrü ilə müqayisədə 3 faiz aşağı düşüb.
Polşa Beynəlxalq Əlaqələr İnstitutunun “Cənubi Qafqaz: Türkiyə və Avropa İttifaqı üçün birgə əməkdaşlıq imkanları” adlı hesabatında Avropa İttifaqının (Aİ) Türkiyə və Cənubi Qafqaz ölkələri ilə fəal əməkdaşlıq etməsinin zəruriliyi vurğulanır. Hesabatda bildirilir ki, regional siyasətdə uğur qazanmaq üçün Avropa ölkələri Türkiyə ilə birlikdə hərəkət etməlidirlər. Aİ-nin Cənubi Qafqazda getdikcə artan maraqları fonunda önə çıxan əsas problemlər isə iqtisadi, xüsusilə enerji layihələrinin təhlükəsizliyidir.
Hər il olduğu kimi bu il də Mingəçevirdə polis işçilərinin peşə bayramı təntənə ilə qeyd olundu. Sizə təəccüblü gəlməsin, ona görə “bu il də” deyirik ki, bu tədbirin keçirilməsi artıq bir ənənə şəklini alıb. Tədbirdən öncə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, rəsmi qonaqlar və veteran polislər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, ulu öndərin xatirəsini yad etdilər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurlu davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda sosial müdafiə, o cümlədən sosial yardım sisteminin qabaqcıl dünya ölkələrinin təcrübəsi əsasında təkmilləşdirilməsi, bu sistemin daha səmərəli qurulması, dövlət yardımlarının verilməsində ünvanlılıq prinsiplərinin təmin olunması daim diqqət mərkəzində olmuşdur.
Xalqa xidmət amalı “Xalq qəzeti”nin birinci nömrəsinin çapdan çıxmasından 90 il ötür. 1919-cu il avqustun 29-da “Kommunist” adı ilə işıq üzü görmüş bu qəzet nəşr olunduğu dövrü əhatə edən tariximizdir. Heç bir tarix kitabına baxmadan həmin dövrdə baş verən hadisələr barədə onu vərəqləməklə dəqiq məlumat almaq olar. İndi mənə bu barədə yazmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, ömrümün düz 50 ilini “Xalq qəzeti”nin redaksiyasında keçirmiş, burada çalışan əməkdaşlarla xoş ünsiyyətdə olmuş,
Ankarada üç ayda bir dəfə rus, ingilis və türk dillərində nəşr edilən “Ümumdünya mədəniyyəti” ictimai elmlər jurnalı dünya mədəniyyətinin çox müxtəlif sahələrini özündə əks etdirir. Bu jurnal (türkcəsi “Kültür evreni” kimi işlədilir) eyni zamanda “Kültür ajansı”nın (“Mədəniyyət agentliyi”) vasitəsilə ən yaxşı kitabların təbliğini və yayılmasını da təşkil edir. 2009-cu ilin birinci rübünün nəticələrini özündə əks etdirən ilin ikinci jurnalı Azərbaycan ictimaiyyəti üçün xeyli maraqlı olmuşdur.
İyulun 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Akademiyanın 88-ci ildönümünə və bu ali təhsil ocağının 2008/2009-cu tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir. Akademiyanın şəxsi heyəti parad-çıxış geyimində əsas sıra meydanında düzülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirən məzunlarla görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açdı. Sonra dövlət himni səsləndirildi. S.Qəndilov müəllimləri, valideynləri və məzunları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Rektor Prezident İlham Əliyevin respublikada elm və təhsilin inkişafına göstərdiyi qayğıdan, habelə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya olunmasından danışdı.
Sosial infrastrukturun inkişafına böyük vəsaitlər qoyuldu, 2 minə yaxın yeni məktəb, yüzlərlə yeni xəstəxana, tibb, mədəniyyət ocaqları tikildi. Yəni bu sahə heç vaxt diqqətdən kənarda qalmamalıdır. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bu yazıda bir mütəxəssis, rayon miqyaslı təşkilatın rəhbəri kimi əhalinin sağlamlığı naminə gördüyümüz işlər, qazandığımız uğurlar və qarşımızda duran vəzifələr barədə söz açmaq istəyirəm.
Diplomdan sonrakı təhsil — təkmilləşmə, ixtisasartırma və ixtisasdəyişmə kursları müəyyən peşə sahiblərinin kursda əldə etdikləri biliklərə əsasən daha da savadlı, səviyyəli olmasına kömək edir. Bu, hər cür kursların təşkil edildiyi ilk illərdə də belə olub, bu gün də belədir. Diplomdan sonrakı təhsil kurslarından birində — Səhiyyə Nazirliyinin göstərişi ilə təşkil edilən “2009 - 2010-cu tədris ili üçün orta tibb işçilərinin və əczaçılarının təkmilləşmə kursları”ndakı tədrislə maraqlandıq. Kurs 2 saylı baza tibb texnikumunda fəaliyyət göstərir.
Azərbaycan polisinin çox zəngin və kəşməkəşli tarixi var. O, bəzən inkişafda olub, bəzən də ayrı-ayrı tarixi şəraitdə güclü təzyiqlərlə üzləşib, siyasi oyunlarda vasitəyə çevrilib, tənəzzülə uğrayıb. 1918-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan edəndən təxminən bir ay sonra — iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin polisi təsis edildi. Ancaq müstəqil Azərbaycan çox yaşaya bilmədi, XI Qızıl Ordunun təcavüzü nəticəsində 23 aylıq fəaliyyətdən sonra süqut etdi.
və buna sözardı “Brezilya”dan bir güzel haber daha..." İnterneti nəzərdən keçirərkən Türkiyəyə məxsus “Kanal KBB” saytında diqqətimi bu sərlövhəli xəbər cəlb etdi. Osmanlı türkcəsində necə verilmişdisə həmin xəbəri eləcə də oxuculara təqdim edirəm: “Brezilya”da geçtigimiz günlərdə yapılan 19. Dünya KBB Konqresindən Ülkemiz için güzel haber daha... Bu kez Rinoloji alanında en iyi sözel sunu ödülü... Ödülü alan Dr. Aydın Talişinskiy Dokuz Eylül KBB-dən uzmanlığını alan bir meslektaşımız (Bakü’de babası gibi KBB uzmanlığı yapıyor) Meslektaşlarımızı kutluyoruz..." Bu qısa xəbərlə yanaşı, gənc alim Aydın Talışinskinin portreti və Dünya Konqresi tərəfindən ona təqdim edilmiş sertifikatın surəti də verilmişdi.
Ölkə xəbərləri
2.07.2009 “Azərbaycan İnternəşnl” jurnalının təsisçisinə Hafiz Paşayev adına mükafat təqdim olunmuşdur İyulun 1-də ABŞ səfirinin Bakıdakı iqamətgahında “Azərbaycan İnternəşnl” jurnalının təsisçisi Pirus Xanlıya və jurnalın baş redaktoru Betti Bleyerə ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə töhfəyə görə Hafiz Paşayev adına mükafat təqdim olunmuşdur. ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders demişdir: “Pirus və Betti ”Azərbaycan İnternəşnl" jurnalının səhifələrində Azərbaycanın qapılarını amerikalılar üçün açmışlar".
2.07.2009 Yeniləşən və dəyişən Azərbaycan polisiO, bundan sonra da xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcək Nüfuzlu araşdırma mərkəzləri və tanınmış ekspertlər hələ XX əsrin sonlarında qeyd edirdilər ki, yeni yüz ildə bəşəriyyət yeni kəşflərin, siyasi, iqtisadi və mədəni sahədə inkişafın zirvəsinə doğru irəliləyə biləcəyi kimi, qlobal problemlərlə - mütəşəkkil cinayətkarlığın, beynəlxalq narkomafiya və terrorun yeni formada təzahürləri ilə də üzbəüz qala bilər. Hazırda davam edən proseslər də yeni dünya nizamının hələ tam həllini tapmamasından xəbər verir:
2.07.2009 Rusiya alimi Rudolf İvanov “Dostluq” ordeninə layiq görülmüşdür Rusiya tədqiqatçısı, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının üzvü, professor Rudolf Nikolayeviç İvanov neçənci dəfədir ki, ölkəmizin qonağıdır. Rudolf İvanovun Bakıya budəfəki səfəri isə onun üçün xoş hadisə ilə üst-üstə düşmüşdür. İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rudolf Nikolayeviç İvanov “Dostluq” ordeni ilə təltif edilmişdir.
2.07.2009 MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 9-cu iclası keçirilmişdirİyunun 29-30-da Astanada MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 9-cu iclası keçirilmişdir. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) xarici dillərdə informasiya redaksiyasının baş redaktoru Nazim Xıdırovun da qatıldığı iclasda Qazaxıstan, Qırğızıstan, Belarus, Türkmənistan və Tacikistanın dövlət informasiya agentliklərinin rəhbərləri və ya nümayəndələri iştirak etmişlər.
2.07.2009 Treninq-məşğələlərAzərbaycan Mətbuat Şurasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlərə başlanılmışdır. Treninq-məşğələlər qruplar üzrə keçirilir. Hər qrup üçün məşğələlər saat 10-dan 14-dək olmaqla 3 gün müddətinə nəzərdə tutulmuşdur.
İdman
2.07.2009 Avroliqa həyəcanları başlanır“Simurq”a da, “İnter”ə də qollu-qələbəli start arzulayaq Beləliklə, top meydançanın mərkəzindədir, 2009-2010-cu illər mövsümündə avroturnirlərdə Azərbaycanı təmsil edəcək dörd klubdan ikisi artıq bu axşam ilk sınaqdan çıxacaq. Milli çempionatımızın bürünc mükafatçısı Zaqatalanın “Simurq” komandası doğma Bakıda İsrailin “Bney Yehuda” (Təl-Əviv) klubunu qəbul etməyə hazırlaşır, gümüş medalların sahibləri paytaxtın “İnter” komandasının futbolçuları isə uzaq Trnavada “Spartak”a layiqli rəqib olub Slovakiyadan Azərbaycana sərfəli nəticə ilə qayıtmaq əzmindədirlər.
2.07.2009 Vüqar Həşimov artıq birinci onluğun astanasındadır Beynəlxalq Şahmat Federasiyası dünyanın ən yaxşı yüz qrossmeysterinin növbəti reytinq cədvəlini dərc etdirmişdir. Hər üç aydan bir təzələnən və indi iyulun 1-nə olan vəziyyəti əks etdirən siyahıda apreldəki kimi, yenə beş həmyerlimizin adı vardır. Ötən üç ay ərzində Teymur Rəcəbovun reytinq göstəricisi dəyişməsə də (2756) o, cədvəldə geriləyərək, beşinci yerdən səkkizinci pilləyə düşmüşdür.
2.07.2009 Afərin, Səid! Səid gimnastika məşğələlərinə getdiyi ilk günü yaxşı xatırlayır. Onda onun 5 yaşı hələ tamam deyildi. Valideynləri bu balaca oğlanın evdəki plastik hərəkətlərindən onun idmançı ola biləcəyini düşünürdülər. Beləcə Səid idman həyatına atıldı və gimnastika bölməsinin məşqçisi onu böyük məmnuniyyətlə qəbul etdi. Məktəbə getməyə hələ 2 il vardı. Səid həm evdə, həm də məşqçisinin yanında özünün plastik hərəkətləri ilə digərlərindən fərqlənməyə başladı.